İspaniya millisinin AVRO 2024 üçün heyəti açıqlanıb

İspaniya millisinin mətbuat xidməti 2024-cü il Avropa çempionatıda iştirak edəcək heyətin ilkin tərkibini açıqlayıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 29 nəfərlik heyət daha sonra 26 nəfərə düşürüləcək.

İspaniya millisi turnirdə Xorvatiya, İtaliya və Albaniya ilə birgə B qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, Almaniyada keçiriləcək AVRO 2024 iyunun 14-də başlanacaq.