İspaniya, yoxsa Rusiya?

Bu gün Belqradda keçirilən futzal üzrə Avropa çempionatına yekun vurulacaq. SportLine.az xəbər verir ki, turnirin həll edici matçında Rusiya və İspaniya seçmələri üz-üzə gələcəklər. 

Son Avropa çempionatının finalında İtaliyaya uduzan Rusiya millisi bu dəfə qalib adını qazanmaq niyyətindədir. İspaniya isə favorit adını doğrultmağa iddialıdır.

3-cü yer uğrunda görüşdə isə meydan sahibi Serbiya ilə debütant Qazaxıstan münasibətlərə aydınlıq gətirəcək.

13 fevral
Futzal, Avropa çempionatı


3-cü yer uğrunda oyun

21:30. Serbiya - Qazaxıstan

Final

00:00. İspaniya - Rusiya