İsveç millisi rekordunu təkrarlayıb
İsveç millisi dünya çempionatlarındakı rekordunu təkrarlayıb.
Sportline.az xəbər verir ki, Avropa təmsilçisi buna Tunis kollektivi üzərində qələbə ilə nail olub.
Meksikada keçirilən oyunda rəqibə 5-1 hesabı ilə qalib gələn İsveç seçməsi bununla 1938-ci ildəki nəticəyə imza atıb.
Sözügedən komanda dünya çempionatlarında rəqib qapısına 5 qolu məhz həmin ildə keçirilən mundialda vurmuşdular.
Qeyd edək ki, İsveç millisinin qrup mərhələsindəki digər rəqibləri Niderland və Yaponiya komandalarıdır.