İsveç - Tunis oyununun ən yaxşı futbolçusu seçildi
İsveç millisinin hücumçusu Aleksander İsak DÇ-2026-nın Tunisə qarşı keçirilən oyununda (5:1) matçın ən yaxşı futbolçusu seçilib.
Sportline.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı forvard görüşdə 1 qol vurub və 2 məhsuldar ötürmə edib. İsak komandasının böyükhesablı qələbəsində əsas pay sahiblərindən biri olub.
Bu nəticədən sonra İsveç millisi 3 xalla F qrupunda liderliyə yüksəlib.
Qeyd edək ki, İsveç yığması növbəti oyununu iyunun 20-də Niderlanda qarşı keçirəcək.