Türkiyə və İtaliya 1 xalla kifayətləndi, Xorvatiyadan darmadağın
Bu gün DÇ-2018-in təsnifat mərhələsində ikinci tura start veriləcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma oynanılacaq.
Diqqətlər, əsasən, İtaliyaya yönələcək. "Skuadra Adzurra" doğma meydanda İspaniyanı sınağa çəkəcək. Avropa çempionatında İtaliya seçməsinə məğlub olan "qırmızı furiya" revanş arzusundadır. İtaliya futbolçuları isə qrupda liderliyi ələ keçirmək niyyətindədir.
Türkiyə - Ukrayna dueli də maraqla gözlənilir. "Ay-ulduzlular" doğma azarkeşlər önündəki ilk matçında 3 xala iddialıdır.
Gecənin afişası belədir:
06 oktyabr 2016
DÇ-2018, təsnifat mərhələsi
2-ci tur
"D" QRUPU
İrlandiya – Gürcüstan - 1:0
QOL: Kolman, 56 (1:0)
Moldova – Serbiya - 0:3
QOLLAR: Kostiç, 19, İvanoviç, 37, Tadiç, 59 (0:3)
Avstriya – Uels - 2:2
QOLLAR: Arnautoviç, 28, Arnautoviç, 48 - Allen, 23, Vimmer, 45+1 (öz qapısına)
"G" QRUPU
İtaliya – İspaniya - 1:1
QOLLAR: De Rossi, 82 (pen.) - Vitolo, 55 (0:1);
Lixtenşteyn - Albaniya - 0:2
QOLLAR: Hika, 12; Balaj, 71 (0:2)
Makedoniya – İsrail - 1:2
QOLLAR: Nestorovski, 63 - Hemed, 25, Ben Haim, 43
"I" QRUPU
Türkiyə - Ukrayna - 2:2
QOLLAR: Ozan Tufan, 45, Hakan Şalhanoğlu, 81 (pen.) - Yarmolenko, 24 (pen.), Kravets, 28
İslandiya – Finlandiya - 3:2
QOLLAR: Arnason, 37, Finboqasson, 90, Siqurdsson, 90+7 - Pukki, 21, Lod, 39
Kosovo – Xorvatiya - 0:6
QOLLAR: Mancukiç, 6, 24, 35, Kaliniç, 59; 90+2, Perişiç, 83