İtaliya klubu "Rubin"in futbolçusuna təklif göndərib

"Rubin" Kazanın albaniyalı hücumçusu Mirlind Daku Serie A klubunun radarına düşüb.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Kalyari" 26 yaşlı oyunçu üçün Kazan təmsilçisinə 3 milyon avroluq bir təklif göndərib.

"Rubin" isə təklifdən imtina edib. Klub Daku üçün ən azı 10 milyon avro tələb edir.

Albaniyalı 2023-cü ildən Rusiya klubunda çıxış edir.Onun komanda ilə müqaviləsi 2026-cı ilə qədərdir.Daku bu mövsüm iştirak etdiyi 2 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.Transfermarkt portalında oyunçunun transfer dəyəri 3 milyon avrodur.