İtaliya klubundan ayrıldı, "Şaxtyor"un baş məşqçisi olacaq

İtaliyanın "Sassuolo" klubu mövsümün sonunda baş məşqçisi Roberto De Zerbi ilə yollarını ayıracaq.

Sportline.az xəbər verir ki 42 yaşlı mütəxəssis bu barədə "Football Italia"ya açıqlamasında bildirib.

O, klub və futbolçularla danışdığını və ayrılmaq qərarına gəldiyini söyləyib.

Qeyd edək ki, Roberto De Zerbi 2018-ci ildən "Sassuolo"da işləyir. O, yeni mövsümdən Ukraynın "Şaxtyor" (Donetsk) komandasına rəhbərlik edəcək.