İtaliya kubokunun sahibi müəyyənləşdi
Futbol üzrə İtaliya Kubokunun sahibi məlumdur.
Sportline.az xəbər verir ki, finalda “Yuventus” “Atalanta”ya 2:1 hesabı ilə qalib gələrək baş mükafata layiq görülüb.
Oyunda hesab 31-ci dəqiqədə açılıb – Deyan Kuluşevski fərqlənib. Lakin 10 dəqiqə sonra Ruslan Malinovski “Atalanta”nın bərabərlik qolunu vurub. Matçın 73-cü dəqiqəsində Federiko Kyeza “Yuventus”un qələbə qoluna imza atıb. Bununla da Turin təmsilçisi İtaliya Kubokunun qalibi olub.
Qeyd edək ki, “Yuventus” 1938, 1942, 1959, 1960, 1965, 1979, 1983, 1990, 1995, 2015, 2016, 2017, 2018-ci illərdə də İtaliya Kubokuna sahib çıxıb.