Italiya millisi Avropa çempionatına bu heyətlə qatılır
Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi qadın voleybolçuların Avropa çempionatında iştirak edəcək İtaliya millisinin heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçisi Davide Mazzanti 14 voleybolçunun xidmətindən yararlanacaq:
Toppaylayıcılar: Alessia Orro, Karlotta Kambi
Blokçular: Sara Bonifaço, Kristina Çiriçella, Anna Danesi, Rafaela Foli.
Hücumçular: Katerina Bosetti, Lusia Bosetti, Sara Lod, Valentina Tirozzi, Paola Eqonu, İndre Sorokayte
Liberolar: Monika de Cennaro, Biatris Parroççhial
Qeyd edək ki, B qrupunda yer alan İtaliya qrup maçtlarını Tiflisdə keçirəcək. Onlar ev sahibləri, Belarus və Xorvatiya ilə üz-üzə gələcəklər.