Jesus "Fənərbağça" ilə bağlı qərarını təsdiqlədi

“Fənərbağça”nın baş məşqçisi Jorje Jesus komanda ilə yollarını ayıracağını təsdiqləyib.

Sportline.az xəbər verir ki, o, Braziliya mətbuatına açıqlamasında bunları deyib: "Mayda müqaviləmin bitdiyini  bütün dünya bilir. Müddətini artırmağı düşünmürəm. Səbəbi isə Türkiyəyə uyğunlaşmaqda çətinlik çəkməmdir".

Qeyd edək ki, ötən ilin sentyabrında “Fənərbağça”nın sükanı arxasına keçən Jorje Jesusun klubla müqaviləsi mayda başa çatır.