Jezuşun Braziliya iddiası təkzib olundu

"Fənərbağça"nın baş məşqçisi Jorji Jezuşun Lissabonda Braziliya millisinə rəhbərlik etmək üçün danışıqlarda iştirak etdiyi iddia olunurdu.

Sportline.az xəbər verir ki, mütəxəssisin Braziliya Futbol Federasiyasını təmsil edən Xulio Sezarla görüşü təkzib olunub. Bu barədə Sezarın özü xarici mətbuata məlumat verib.

Qeyd edək ki, Jorji Jezuşun "Fənərbağça"da müqaviləsi bu ilin may ayında başa çatır.