Joao Feliks evinə qayıdır
"Çelsi"nin portuqaliyalı futbolçusu Joao Feliks karyerasını ölkəsində davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Benfika" Feliksi transfer etmək üçün hərəkətə keçib.
Feliks 2016-2019-cu illər ərzində "Benfika"dan çıxış edib.
"Benfika"dan 127 milyon avro qarşılığında "Atletiko Madrid"ə transfer olmuşdu.
Qeyd edək ki, Feliks hazır ki dəyəri "Transfermarkt" portalına görə 30 milyon avordur.
25 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 15 matçda 5 qol və 2 asistlə yadda qalıb.