Joze Mourinyo “Fənərbağça”dan ayrıla bilər
“Fənərbağça”nın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo yanvarda klubla müqaviləsinə xitam verə bilər.
Sportline.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, “Nyukasl Yunayted” baş məşqçi Eddi Hovu istefaya göndərib, Mourinyonu klubun sükanı arxasına gətirmək istəyir.
“Nyukasl Yunayted”lə Mourinyonun meneceri arasında danışıqlar davam edir.
Qeyd edək ki, Mourinyo “Nyukasl”ın baş məşqçisi olmağa müsbət yanaşır.