Joze Mourinyodan iddialı açıqlama

“Fənərbağça”nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo iddialı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis mətbuat konfransı zamanı bu fikirləri səsləndirib;

“Türkiyə liqası haqqında yaxşı sözlər söyləyə bilmərəm. Burada bir şeylərin dəyişməsi lazımdır. Yoxsa burada futbol uçuruma gedəcək. Burada çempion belə ola bilməsəm, ən azından haqqı ilə çempion olmuş bir klubu təbrik etmək istərdim”, - deyə J.Mourinyo bildirib.

Qeyd edək ki, Joze Mourinyonun yanvarda klubdan ayrılma ehtimalı olduğu bildirilir.