Jurnalistlər və veteran şahmatçılar arasında turnir keçirilib
Milli Olimpiya Komitəsinin, Beynəlxalq Olimpiya Həmrəyliyi fondunun, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının, eləcə də, Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə jurnalistlər və veteran şahmatçılar arasında turnir təşkil olunub. SportLine.az xəbər verir ki, “Rio-2016 jurnalistlərin gözü ilə” adlı yarışa 30 iştirakçı və 2 hakim qatılıb.
Tədbirin açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cəmaləddin Rəhmanov iştirakçılara uğurlar arzulayıb. Ölkəmizdə bu idman növünə göstərilən yüksək dövlət qayğısından söz açan Rəhmanov şahmatın populyarlaşması istiqamətində bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarış 7 turdan ibarət olub. Sonda qaliblərə mükafatlar təqdim edilib.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir