Kabo-Verdenin yarımfinal yolu

Kabo-Verde millisi qrupdan çıxacağı təqdirdə Dünya çempionatında yarımfinala yüksəlmək üçün olduqca çətin rəqiblərlə üz-üzə gələcək.

Sportline.az “Winna” nəşrinə istinadən xəbər verir ki, Afrika təmsilçisi 1/16 final mərhələsində son Dünya çempionu Argentina ilə qarşılaşacaq.

Komanda bu mərhələni adlayacağı təqdirdə, 1/8 finalda İngiltərə ilə üz-üzə gələcək.

Kabo-Verde daha bir sensasiyaya imza ataraq 1/4 finala yüksəlsə, burada onu Belçika millisi gözləyəcək.

Beləliklə, Kabo-Verdenin yarımfinala gedən yolu Argentina, İngiltərə və Belçika kimi dünya futbolunun nəhənglərindən keçir. Bu səbəbdən Afrika təmsilçisinin mümkün yarımfinal yürüşü turnirin ən böyük sürprizlərindən biri hesab oluna bilər.

Banner