Kaka zarafat etdiyi üçün meydandan qovuldu
Amerika Major Liqasında keçirilən "Nyu York Red Bulls" - "Orlando Siti" görüşündə maraqlı hadisə yaşanıb. SportLine.az xəbər verir ki, qarşılaşmanın sonlarında iki komandanın futbolçuları arasında yaşanan qarışıqlığın ardından hakimlər video təkrara müraciət ediblər. Ardından iki futbolçuya sarı vərəqə göstərən baş hakim, "Orlando Siti"nin heyətində çıxış edən Kakanı da meydandan qovub.
Maraqlıdır ki, braziliyalı futbolçu rəqib komandanın futbolçusu ilə zarafat etdiyinə görə qırımızı vərəqə görüb. Hakimlər onun hərəkətinin zarafat olduğunun fərqinə varmayıblar.
Qeyd edək ki, görüş "Nyu York Red Bulls"un qələbəsi ilə yekunlaşıb - 3:1.