Kamavinqa "Real"dan gedir
"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa yayda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Liverpul" 23 yaşlı oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Bu haqda "Diario As" nəşri məlumat yayıb.
Qeyd edək ki, E.Kamavinqa cari mövsüm meydana çıxdığı 36 matçda 2 qol, 1 asistlə yadda qalıb.