Kamavinqanın durumu açıqlandı
"Real"ın yarımmüdafiəçisi Eduard Kamavinqa zədələnib.
Sportline.az xəbər verir ki, o, "Selta" ilə ötəngecəki oyunda (2-2. ə.v. 5-2) ayağının arxa əzələsindən xəsarət alıb.
Bu haqda Madrid klubunun rəsmi saytında məlumat yayılıb.
Bu günkü müayinələrdən sonra diaqnoz dəqiqləşsə də, futbolçunun sıraya dönəcəyi vaxt haqqında məlumat verilməyib.
Həkimlər tam bərpa prosesinin uzun sürəcəyini bildiriblər.
Qeyd edək ki, cari mövsümdə 16 oyuna çıxan 22 yaşlı futbolçu 1 qol və iki məhsuldar ötürmə müəllifi olub.