Kamran Ağayev ehtiyyatda qalmasına münasibət bildirib
Milli komandanın əsas qapıçısı Kamran Ağayev San-Marino ilə oyunda heyətdən kənarda qalmasına münasibət bildirib. Sportline.az xəbər verir ki, azerisport.com-un suallarını cavablandıran futbolçu bunu normal qarşıladığını bildirib: "Robert Prosineçki Norveçlə oyunla müqayisədə çoxlu dəyişiklik edib. Həmin qarşılaşmada pis oynamadım. Baxmayaraq ki, əla formada olsa idim, oyun daha yaxşı alınardı. Bugünkü görüşə gəldikdə isə, düşünürəm ki, San-Marinonu 3-cü heyyətlə də məğlub etməliyik".