Kamran Ağayev qapısını toxunulmaz saxladı
Portuqaliya çempionatının 9-cu turunda Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta" öz meydanında "Eştoril"i qəbul edib.
SportLine.az xəbər verir ki, meydana start heyətində çıxan Kamran Ağayev 90 dəqiqə ərzində qapısını toxunulmaz saxlayıb. Matç qolsuz bərabərliklə tamamlanıb.
Qeyd edək ki, 9 turdan sonra 10 xalı olan “Boavişta” turnir cədvəlində 9-cu yeri tutur.