Kamran Ağayev qəzaya düşüb

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev avtomobil qəzasına uğrayıb.

Sportline.az xəbər verir ki, 33 yaşlı futbolçunun hansı şəraitdə qəzaya uğradığı barədə məlumat yoxdur. Kamranın maşını tamamilə yararsız hala düşüb.

Qeyd edək ki, ötən mövsümün sonunda "Keşlə"dən ayrılan Ağayev klubsuzdur.