Kamran Ağayev yenə də oynamadı

Milli komandamızın qapıçısı Kamran Ağayevin Çexiya çempionatında debütü ləngiyir. Sportline.az xəbər verir ki, onun şərəfini qoruduğu "Mlada" 3-cü turda "Karvna"nın qonağı olub. Kamran 1:1 hesabı ilə yekunlaşan oyunu ehtiyat qapıçı kimi izləyib. Boleslav təmsilçisi hazırda 1 xalla 14-cü yerdə qərarlaşıb.