Kamran Əliyev "Sumqayıt"da

Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib.

Sportline.az xəbər verir ki, klub son olaraq Rusiyanın “Arsenal” (Tula) klubunda çıxış etmiş Kamran Əliyevlə 2,5 illik müqavilə imzalayıb.

24 yaşlı azərbaycanlı futbolçu “Sumqayıt” FK-nın heyətində “23” nömrəli formada oynayacaq.

Qeyd edək ki, Rusiyanın “Ximki” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal” (Tula) komandalarında da çıxış edib.

Kamran həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 2 oyun keçirib.