Karateçilərimiz Afinaya yollanacaqlar

Karateçilərimiz yanvarın 13-15-də Yunanıstanın paytaxtı Afinada Seriya A turnirinə qatılacaqlar.

Sportline.az xəbər verir ki, yarışda 10 idmançımız qüvvəsini sınayacaq.

Kişilərdən Ramil Baxşəliyev (60 kq), Firdovsi Fərzəliyev (67 kq), Ayxan Mamayev, Hüseyn Hüseynzadə (hər ikisi 84 kq), Tural Ələkbərli və Samir İbrahimov (hər ikisi 75 kq), qadınlardan Fidan Teymurova (50 kq), Renata Ərəbli, Suada Kərimova və Ayla Rzazadə (hamısı 61 kq) bacarığını göstərəcək.

Qeyd edək ki, yarışda 73 ölkənin karateçiləri iştirak edəcəklər.