"Kardiff Siti" türkiyəli baş məşqçi ilə yollarını ayıra bilər
Türkiyəli baş məşqçi Erol Bulutun "Kardiff Siti"dəki 2-ci mövsümü uğursuz başlayıb.
Sportline.az xəbər verir ki, Çempionşipdə mübarizə aparan komanda 5 turdan sonra 3 xal toplayıb.
İngiltərə mediasında yer alan xəbərə görə "Kardiff Siti" 49 yaşlı mütəxəssislə yollarını ayırmağa yaxındır.
Klubda baş məşqçi postuna 3 namizəd irəli sürülüb.Bunlar Riçi Uelness, Skot Lindsey və Ole Qunnar Solskayerdir.
Qeyd edək ki, "Kardiff Siti"nin "sükanı arxası"nda 57 oyuna çıxan Bulut bu görüşlərdə orta hesabla 1.26 xal toplayıb.