Karlos Sayns gələcəyindən söz açıb

"Ferrari"nin pilotu Karlos Sayns karyerası ilə bağlı sualları cavablandırıb.

Sportline.az "Crash.net"ə istinadla xəbər verir ki, ispaniyalı pilot "Ferrari"dən ayrıldıqdan sonra hansı komandanın uğurları üçün çalışacağını hələ müəyyənləşdirmədiyini deyib.

"Bütün təklifləri nəzərdən keçirib, düzgün qərar verməyi düşünürəm. "Mersedes"lə anlaşmışam? Bunu təsdiqləyə bilmərəm. Üzrlü sayın", - deyə Sayns sualı cavablandırıb. 

Qeyd edək ki, bu mövsüm 93 xal toplayan ispaniyalı idmançı ümumi hesabda 5-ci yerdədir.