"Karlsrue" "Bohum"u əliboş yola saldı

Almaniya II Bundesliqasında 14-cü tura start verilib.
 
SportLine.az xəbər verir ki, millimizin futbolçusu Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue"  öz meydanında "Bohum"u qəbul edib.

Görüş meydan sahiblərinin  3:0 hesablı  qələbəsi ilə başa çatıb. Start heyətdə yer alan Nazarov 76-cı dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, "Karlsrue" 20 xalla  9-cu pillədə qərarlaşıb.