"Karvan" müdafiəçi transfer edib

2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Karvan" növbəti transferini həyata keçirib.

Sportlinea.az Yevlax təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Elvin Yunuszadə ilə 1 illik müqavilə imzalanıb.

32 yaşlı mərkəz müdafiəçisi son olaraq “Qəbələ” klubunda forma geyinib.