Karvaxal: "Hər zaman "Real Madrid" azarkeşi olacam"

"Real Madrid" ispaniyalı müdafiəçisi Dani Karval klubdaki gələcəyi haqqında danışıb.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Karvaxal karyerasını "Real"da başa vurmaq istədiyini açıqlayıb.

"Uşaqlığımdan "Real Madrid" azarkeşi olmuşam. Hər zaman bu klubun mənim qəlbimdə yaşacaq. Karyeramı burda başa vurmaq istəyirəm", - deyə Karvaxal bildirib.

Qeyd edək ki, Karvaxal yaşıl meydanlara sentyabr ayında qayıdacaq.