Karvaxal mövsümü bağladı

“Real Madrid” – “Vilyareal” matçının son dəqiqəsində ağır zədələnən Dani Karvaxalın durumu haqqında açıqlama verilib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Karvaxal 8 ay yaşıl meydanlardan uzaq qalacaqı bildirilir.

Oyunçu bu gün əməliyyat olundu və sabah xəstəxanadan evə yerləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, “Real Madrid” rəhbərliyi Dani Karvaxalın müqaviləsini 2026-cı ilin yayına qədər yeniləyib. İspaniyalı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 1 qol və 1 asistlə yadda qalıb.