Kasilyasdan növbəti rekord

İspaniya millisinin qapıçısı İker Kasilyas növbəti rekorda imza atıb.

SportLine.az Qol.Az saytına istinadən xəbər verir ki, bu, İspaniya millisinin İngiltərəyə 2:0 hesabı ilə qalib gəldiyi yoxlama matçında baş verib. Bu oyunla təcrübəli qolkiper 100 qarşılaşmada qapısını toxunulmaz saxlayan ilk qapıçı olub.

Qeyd edək ki, İ.Kasilyas 2000-ci ildən İspaniya millisinin əsas komandasında oynayır