Kazemiro "Mançester Yunayted"i tərk edir

"Mançester Yunayted"in brazilyalı futbolçusu Kazemiro klubdan ayrılmağa hazırlaşır.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Kazemironun çıxışından narazıdır.

32 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 12 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Kazemiro bu mövsüm çıxış etdiyi 23 matçda 3 qolla yadda qalıb.