"Kəpəz" I Divizion klubu ilə qarşılaşacaq

Milli komandaların DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbindən çempionatda yaranan fasilə müddətində “Kəpəz” yoxlama görüşü keçirəcək. 

SportLine.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “sarı-göylər”in rəqibi I divizionun iştirakçısı “Qaradağ Lökbatan” olacaq.
 
Aşağı liqa təmsilçisi ilə oyun sentyabrın 4-də “Dalğa Arena”nın süni örtüklü meydançasında keçiriləcək. Matç saat 17:00-da başlayacaq.