"Kəpəz" məğlub oldu

Premyer Liqa klubu "Səbail"  ilə I Divizion təmsilçisi "Kəpəz" sınaq matçında qarşılaşıblar. 

Sportline.az xəbər verir ki, "ASCO Arena"da baş tutan görüşdən Bayıl klubu qalib ayrılıb - 2:0.

Aftandil Hacıyevin komandası görüşün taleyini 16 dəqiqəyə həll edib. 3-cü dəqiqədə Rauf Əliyev fərqlənibsə, Elmir Tağıyev yekun nəticəni müəyyənləşdirib.