"Kəpəz" "Qarabağ"dan xal aldı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

Sportline.az xəbər verir ki, açılış oyunu Gəncədə autsayder "Kəpəz"lə lider "Qarabağ" arasında keçiriləcək. Hazırda qonaqların 56, meydan sahiblərinin 13 xalı var.

Komandalar indiyədək ölkə çempionatında 51 dəfə üz-üzə gəliblər. Bunların 14-də "sarı-göylər", 28-də "köhlən atlar" qələbə qazanıb. 9 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də son çempionunun aşkar üstünlüyü nəzərə çarpır - 71:55.

“Qarabağ” ardıcıl 9 qələbə qazanıb. “Kəpəz” son 4 ev görüşündə quru hesabla uduzub.

Azərbaycan Premyer Liqası

XXI tur

4 fevral

14:00. "Kəpəz" - "Qarabağ" 1:1
Qol: Musa Qurbanlı, 24 (0:1), Ahmed Ayzaya, 50 (1:1)

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cəmil Quliyev, Əli Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Gəncə şəhər stadionu

Qeyd edək ki, turun "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları fevralın 5-də, "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçları isə fevralın 6-da keçiriləcək.