"Kəpəz" Serbiya klubu ilə üz-üzə

Antalyada təlim-məşq toplanışında olan "Kəpəz" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Gəncə təmsilçisi Serbiyanın "Novi Pazar" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, ilk sınaq matçında Macarıstanın 2-ci liqa təmsilçisi "MTK Budapeşt"i 1:0 hesabı ilə məğlub edən Tərlan Əhmədovun komandası son yoxlama oyununu yanvarən 18-də Qazaxıtan "Kaysar"ına qarşı keçirəcək.

Banner