"Sumqayıt" qələbə ilə başladı
Topaz Premyer Liqasında ilk tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Turun maraqlı oyunlarından biri Sumqayıtda olacaq. Burada yerli komanda "Kəpəz"i qəbul edəcək.
Həm "kimyaçılar", həm də Gəncə təmsilçisi uğurlu start üçün meydana çıxacaq.
13 avqust 2017
TPL, 1-ci tur
"Sumqayıt" - "Kəpəz" - 2:1
QOLLAR: Cavid İmamverdiyev, 16 (1:0); Viktor Oseqeyl, 52 (1:1); Amil Yunanov, 74 (2:1)
Hakim: Fariz Yusifov
Sumqayıt şəhər stadionu