"Kəpəz" xeyli xərcə düşdü

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az AFFA-ya istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

24.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun “Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz” komandasının qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Kəpəz” klubu 1000 manat cərimə edilsin (maddə 44.2);

24.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun “Kəpəz” – “İmişli” oyununun 38-ci dəqiqəsində “Kəpəz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Kəpəz” klubu 6000 manat cərimə edilsin (maddə 52.5);

24.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun “Kəpəz” – “İmişli” oyununun 68-ci dəqiqəsində “Kəpəz” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

25.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun “Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

26.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun “Qəbələ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);