"Kəpəz"də ciddi itki
Topaz Premyer Liqasının VIII turunda AZAL-la səfər oyununda zədələnən “Kəpəz”in futbolçusu Dario Frederiko Juniorun durumuna aydınlıq gəlib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, MRT müayinəsindən keçən braziliyalıya birinci dərəcəli əzələ yırtığı diaqnozu qoyulub.
Bu isə o deməkdi ki, hücumçu qarşıdakı 3 həftə ərzində futbol oynaya bilməyəcək. Dario yalnız gələn ayın əvvəlində məşqlərə başlaya biləcək. Bu müddətdə onun müalicəsi Bakıda aparılacaq.
Qeyd ki, Dario Junior ötən il də məhz AZAL-la Bakıda keçirilən görüşdə zədələnərək, mövsümün sonuna kimi sıradan çıxmışdı.