"Kəpəz"də yeni qapıçı

"Kəpəz” daha bir futbolçunu heyətinə qatıb. 

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi 1-ci divizion komandası MOİK-in qapıçısı Elgün Bayramovla anlaşıb. Gəncə futbol məktəbinin yetirməsi olan 19 yaşlı qolkiperlə 1,5 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Elgün Bayramov aşağı yaş qrupları üzrə yığma komandalarda çıxış edib.

Banner