"Kəpəz"in 3 futbolçusu klubdan ayrılıb
"Kəpəz" klubu üç futbolçusu ilə yolları ayırıb.
Bu barədə Sportline.az-a Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Müqavilə müddəti başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk ediblər.
T.Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, eyni sayda məhsuldar ötürmə müəllifi olub. "Kəpəz"də iki mövsüm keçirən Nicat Süleymanov 20 oyunda 1 qolla yadda qalıb. Yarımmüdafiəçi 2022/2023 mövsümdə 28 oyunda 2 dəfə fərqlənib.
Gəncə təmsilçisində icarə əsasında iki mövsüm keçirən Camal Cəfərov isə son çempionatda 31 matçda 2 qolla yadda qalıb. O, bundan əvvəlki mövsümdə 11 oyuna çıxıb.