Kerem Demirbay “Qalatasaray”dan ayrıla bilər

“Qalatasaray”ın 31 yaşlı futbolçusu Kerem Demirbayın yanvar ayında klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Türkiye” qəzetinə istinadən xəbər verir ki, Kerem Demirbay klubdan ayrılacağını baş məşqçi Okan Buruka söyləyib.

K.Demirbayın “Qalatasaray” ilə müqaviləsi 2026-cı ilin iyun ayınadək nəzərdə tutulub.

Təcrübəli futbolçunun transfer dəyəri 5 milyon avro olaraq təyin edilib.

Qeyd edək ki, Kerem Demirbay karyerasını ərzində “Borussiya Dortmund”, “Hamburq”, “Kayzerslauten”, “Fortuna Düsseldorf”, “Hoffenhaym” və “Bayer” kimi klubların şərəfini qoruyub.

Kerem Demirbay bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 2 asistlə yadda qalıb.