Kilian Mbappe Avropada ötən ilin ən yaxşı futbolçusu hesab edilib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa zonası üzrə 2022-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb.
Sportline.az xəbər verir ki, IFFHS-in versiyasına əsasən, bu ada Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe layiq görülüb.
Qeyd edək ki, 25 yaşlı forvard ötən il Qətərdə keçirilmiş dünya çempionatında gümüş medal qazanıb. O, 7 qolla mundialın bombardiri olub.