Kilyan Mbappe "Atalanta" ilə oyuna start heyətdə başlayacaq

UEFA Super Kubok oyununda "Real Madrid" ilə "Atalanta" üz üzə  gələcək.

Sportline.az xəbər verir ki, saat 23:00-da başlayacaq görüşün start heyətləri bəlli olub. "Real Madrid"in yeni transferi Kilyan Mbappe ilk 11-likdə öz yerini alıb.

Komandaların start heyətləri belədir:

"Real Madrid": Kurtua, Mendi, Rudiqer, Militao, Karvaxal, Çuameni, Valverde, Vinisius, Bellingem, Rodriqo, Mbappe.

"Atalanta": Musso, Cimsiti, İsak Hien, Kolaşinats, Ruggeri, Ederson, De Run, Zapakosta, Paşaliç, De Ketelare, Lukman.

Qeyd edək ki, matç Varşava şəhərində keçiriləcək.(Polşa)