Kintana qayıtdı və yenə zədələndi
"Qarabağ"ın uzun müddətdir zədədən əziyyət çəkən futbolçusu Dani Kintana yaşıl meydanlara qayıdıb. SportLine.az xəbər verir ki, ispaniyalı Topaz Premyer Liqasının ilk turu çərçivəsində "Neftçi" ilə görüşdə meydana çıxıb. O, matçın 75-ci dəqiqəsind Qara Qarayevi əvəzləyib.
Təəssüf ki, futbolçunun qayıdışı uğursuz alınıb. Bir neçə dəqiqə meydanda olan D.Kintana oyun epizodunda yenidən zədələnərək meydanı tərk edib.