"Klivlend Kavaliers" baş məşqçi ilə yollarını ayırıb

NBA komandalarından "Klivlend Kavaliers"də ayrılıq yaşanıb.

Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 4 mövsümdür komandanın başında olan baş məşqçi JB Bikerstaff ilə yollar ayrılıb.

"Klivlend" 2020-ci ildən bəri 45 yaşlı çalışdırıcının rəhbərliyi altında çıxdığı oyunlarda 170 qələbə qazanıb, 159 dəfə məğlub olub.

Qeyd edək ki, "Klivlend Kavaliers" bu mövsüm 1/4 final mərhələsində "Boston Seltiks"ə məğlub olaraq (1-4) mübarizəni dayandırıb.