"Klivlend Kavaliers" finalda

Amerika Milli Basketbol Assosiasiyasının Şərq Konfransında 6-cı pley-off matçı keçirilib. SportLine.az xəbər verir ki, "Toronto Reptors" - "Klivlend Kavaliers" oyununda ilk finalçı müəyyənləşib.

Seriyada 3-2 hesabı ilə öndə olan “Klivlend Kavaliers” növbəti qələbə ilə finala vəsiqəni təmin edəcəkdi. Toronto səfərində “kavalierlər”in qələbə istəyi özünü erkən biruzə verib. İlk hissədən təşəbbüsə yiyələnən qonaqlar yekunda 113-87 hesablı qələbəyə seviniblər. Seriyada 4-cü qələbəsini qazanan Klivlendlilər ardıcıl ikinci dəfə finala yüksəliblər.

33 xal, 11 ribaundla LeBron Ceyms və 30 xalla Kayri İrvinq komandasının qələbəsində əsas pay sahibi olub.

35 xalla fərqlənən Kayl Lovrinin cəhdləri “Toronto Reptors”un məğlubiyyətindən qurtara bilməyib.

Qeyd edək ki, bu gecə Qərb Konfransında “Qolden Steyt Uarriors” və “Oklahoma Siti Tanders” seriyanın 6-cı matçında üz-üzə gələcək.