"Klivlend Kavaliers" pley-off seriyasına qələbə ilə başladı
Amerika Milli Basketbol Assosiasiyasının Şərq Konfransının ilk pley-off matçında “Klivlend Kavaliers” “Toronto Reptors”u qəbul edib. SportLine.az xəbər verir ki, meydan sahiblərinin tam üstünlüyü ilə keçən görüş klivlendlilərin qələbəsi ilə nəticələnib – 115-84.
27 xal, 5 məhsuldar ötürmə ilə Kayri İrvinq və 24 xal 6 ribaundla LeBron Ceyms komandasının qələbəsində əsas pay sahibi olub. 18 xal və 5 məhsuldar ötürmə ilə fərqlənən DeMar DeRozanın fəallığı isə “Toronto Reptors”u məğlubiyyətdən qurtara bilməyib.
Xatırladaq ki, ötən gün Qərb Konfransının ilk pley-off matçında “Oklahoma Siti Tanders” “Qolden Steyt Uarrirs”dan güclü olub.