"Klivlend Kavaliers" üstünlüyü ələ keçirdi
Amerika Milli Basketbol Assosiasiyasının Şərq Konfransında pley-off mərhələsinin növbəti görüşü keçirilib. SportLine.az xəbər verir ki, "Klivlend Kavaliers" - "Toronto Reptors"u qəbul edib.
Doğma azarkeşlər önündə “Toronto Reptors”la qarşılaşan “Klivlend Kavaliers” qalib gəlməklə seriyada üstünlüyü yenidən ələ almaq niyyətində idi. Meydan sahiblərinin qələbə istəyi özünü erkən biruzə verib. İlk hissədən təşəbbüsə yiyələnən “kavalierlər” yekunda 116-78 hesablı qələbəyə seviniblər.
25 xalla Kevin Lav və 23 xal, 8 məhsuldar ötürmə, 6 ribaundla LeBron Ceyms komandasının qələbəsində əsas pay sahibi olub.
Zəif çıxışla yadda qalan Toronto basketbolçularından ən yaxşı göstəriciyə isə 14 xalla DeMar DeRozan imza atıb.
Beləliklə,seriyada 3-2 hesabı ilə önə keçən “Klivlend Kavaliers” finala daha yaxındır.
Bu gecə isə Qərb Konfransında “Oklahoma Siti Tanders” və “Qolden Steyt Uarriors” seriyanın 5-ci matçında üz-üzə gələcək.